BAKI, 3 iyun. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskidən fərqli olaraq, münaqişədə zamanın onun tərəfində olduğuna inanmaqda haqlıdır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Macarıstan hökumətinin başçısı 2024-cü ilin iyulunda Kiyevə necə getdiyini xatırladıb. Onun sözlərinə görə, səfəri çərçivəsində Zelenskini atəşkəsə razı olmağın zəruriliyinə inandırmağa çalışıb, amma Ukrayna lideri vaxtın onun tərəfində olduğuna inandığı üçün bunu rədd edib.

Orban qeyd edib ki, bir qədər sonra Moskvada Putindən də anoloji rədd cavabı alıb: “Yeganə fərq ondan ibarətdir ki, Putin haqlı çıxdı”.