BAKI, 26 may. TELEQRAF

“Avropa İttifaqı (Aİ) ölkələri irimiqyaslı sanksiyalarla Rusiyaya təsir etmək niyyətindədir”.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Yeganə yol genişmiqyaslı sanksiyalarla təhdiddir”, - Fransa lideri bildirib.

Emmanuel Makron əlavə edib ki, Fransa və müttəfiqləri üçün prioritet yaxın gələcəkdə Ukraynada ədalətli və davamlı sülhə dair müzakirələrə başlamağa imkan verəcək atəşkəs razılaşmasına nail olmaqdır.