BAKI, 26 may. TELEQRAF
“Almaniya və müttəfiqləri tərəfindən Ukraynaya verilən silahların çeşidinə artıq heç bir məhdudiyyət yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts məlumat verib.
“Ukraynaya çatdırılan silahların çeşidləri ilə bağlı artıq heç bir məhdudiyyət yoxdur - nə ingilislər, nə fransızlar, nə amerikalılar, nə də biz tərəfdən. Bu, o deməkdir ki, Ukrayna indi özünü müdafiə edə bilər, məsələn, Rusiyadakı hərbi obyektlərə hücum etməklə”, - Merts bildirib.