BAKI, 22 may. TELEQRAF

Rusiya Silahlı Qüvvələri “İskəndər-M” raket sistemindən istifadə edərək, Dnepropetrovsk vilayətinin Orconikidze rayonunda (Ukrayna) “Patriot” hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib, iki buraxılış kompleksi məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İskəndər-M” əməliyyat-taktiki raket kompleksinin ekipajı Dnepropetrovsk vilayətinin Orconikidze rayonu yaxınlığındakı “Patriot” zenit-raket kompleksinin mövqeyinə zərbə endirib. Raket zərbəsi nəticəsində AN/MPQ-65 çoxfunksiyalı yaylım atəşi sistemi, döyüş idarəetmə kabinəsi və iki raket əleyhinə sistem məhv edilib”, - Müdafiə Nazirliyi bildirib.