BAKI, 18 may. TELEQRAF

Rusiya bu gecə “RS-24 Yars” qitələrarası ballistik raketinin "təlim-döyüş" buraxılışını həyata keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, məqsəd Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında sabah baş tutacaq telefon danışığı ərəfəsində Ukraynanı və Qərbi qorxutmaqdır.

Buraxılışın Ukrayna sərhədindən 1600-1700 km məsafədə yerləşən Rusiyanın Sverdlovsk vilayətindən həyata keçirilməsi planlaşdırılır. Raketin maksimum uçuş məsafəsinin 10 min kilometrdən çox olduğu bildirilir.