BAKI, 15 may. TELEQRAF

Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarında mühüm rol oynayır.

Teleqraf xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçiriləcək sammitindən əvvəl keçirdiyi brifinqdə deyib.

“Türkiyə sülh danışıqlarında böyük rol oynayır. Türkiyə burada vacibdir, çünki Türkiyənin bütün əlaqəli tərəflərlə yaxşı münasibətləri mövcuddur. Türkiyənin bu danışıqları yaxşı yerə çatdırmaq üçün müvafiq gücü - xalqı, xarici işlər naziri və prezidenti var”, - baş katib bildirib.