BAKI, 14 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) Türkiyə ilə sıx işləməlidir.

Teleqraf xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte “Anadolu”ya müsahibəsində deyib.

Rutte NATO-nun Türkiyə, Böyük Britaniya və Norveç kimi Aİ üzvü olmayan önəmli müttəfiqlərinin olduğunu bildirib:

“Aİ-ni Türkiyə, Norveç, Böyük Britaniya və bizimlə mümkün qədər sıx, yaxından işləməyə təşviq edirəm. Odur ki, təşəbbüslər olanda gəlin, imkan daxilində nəinki Aİ, hətta Avropa daxilində də bunların reallaşmasını təmin edək”.