BAKI, 12 may. TELEQRAF

Əgər Rusiya Federasiyası günün sonuna qədər tam və qeyd-şərtsiz 30 günlük atəşkəslə razılaşmasa, Avropa dövlətləri ona qarşı yeni sanksiyalara hazırlaşmağa davam edəcəklər.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Mertsin sözçüsü Ştefan Kornelius deyib.

O vurğulayıb ki, Rusiyanın Ukrayna ilə 30 günlük atəşkəslə razılaşa biləcəyi müddət Kiyev və müttəfiqlərinin mayın 10-da elan etdiyi şərtlərə uyğun olaraq, bu günün sonunda başa çatacaq.

“Əgər Moskva günün sonuna qədər tam və qeyd-şərtsiz 30 günlük atəşkəslə razılaşmasa, avropalılar Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşmağa davam edəcəklər”, - Kornelius vurğulayıb.