BAKI, 23 aprel. TELEQRAF
Ukrayna tam atəşkəs və real sülhə gətirib çıxara biləcək heç bir danışıqlar formatını istisna etmir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Müharibə zaman keçdikcə dəyişir və nə qədər uzun sürərsə, təəssüf ki, insanların öldürülməsi və istismarı formaları bir o qədər dəyişə bilər. Biz Ukraynada dərhal, tam və qeyd-şərtsiz atəşkəsdə israr edirik”, - dövlət başçısı vurğulayıb.
Zelenski ABŞ-nin atəşkəslə bağlı təklifini dəstəklədiyini də bildirib:
“Bu, tamamilə mümkündür. Ancaq bu, yalnız Rusiya bunu edəndə və qətlləri dayandırdıqda mümkündür”.