
BAKI, 14 aprel. TELEQRAF
Avropa İttifaqına (Aİ) üzv ölkələr 2025-ci il üçün Ukraynaya 23 milyard avro məbləğində hərbi yardım ayırıblar.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Avropa ölkələri artıq Ukraynaya 23 milyard avro yardım ayırıb. Ötən il bu məbləğ 20 milyard avro təşkil edirdi, lakin ABŞ-nin dəstəyi ilə birlikdə bu rəqəm 40 milyard avroya çatmışdı”, – Kallas qeyd edib.
O, Avropa ölkələrini Kiyevə hərbi dəstəyi daha da artırmağa çağırıb.