BAKI, 14 aprel. TELEQRAF

Rusiya lideri Vladimir Putin dayandırılmasa, Ukraynada savaş Üçüncü Dünya müharibəsinə qədər uzana bilər.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident Ukraynadakı müharibənin bütün dünyanın təhlükəsizliyini təhdid altında qoyduğunu vurğulayıb.

“Əgər biz qətiyyət nümayiş etdirməsək, o, (Putin) daha da irəli gedəcək. Bu, fərziyyə deyil, təhlükə realdır. Putinin son məqsədi Rusiya imperiyasını dirçəltmək, hazırda NATO-nun himayəsində olan əraziləri yenidən ələ keçirməkdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu vəziyyət dünya müharibəsinə çevrilə bilər”, - Zelenski qeyd edib.