BAKI, 12 aprel. TELEQRAF

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın F-16 döyüş təyyarəsini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Təəssüf ki, bu gün kapitan Pavlo İvanov F-16 ilə döyüşdə həlak olub. Onun 26 yaşı vardı.

Ukraynanın F-16-ları, “Miraj”, MiQ-ləri və bütün döyüş aviasiyamız qəhrəmancasına hərbi tapşırıqları yerinə yetirir, dövlətimizi müdafiə edir və quru əməliyyatlarına dəstək verir. Hərbi Hava Qüvvələri Ukraynanın Rusiya raket və dronlarından qorunmasında da iştirak edir. Buna qəti və tutarlı cavab verəcəyik”, - prezident bildirib.