BAKI, 12 aprel. TELEQRAF

2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər ən azı 51 Çin vətəndaşı müqavilə əsasında hərbi xidmət üçün Rusiyada qeydiyyatdan keçib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Çin vətəndaşlarının əksəriyyəti Rusiyaya müqaviləli xidmət üçün aidiyyəti qurumlara müraciət etməzdən qısa müddət əvvəl gəlib:

“Bu, onların orduya qatılmaq üçün məqsədli şəkildə Rusiyaya gəldiklərini deməyə əsas verir.

Müqavilə bağlamış çinlilərin ən gəncinin 20, ən yaşlısının isə 51 yaşı var. Onlardan ən azı biri artıq Ukrayna müharibəsində həyatını itirib. Məsələn, 38 yaşlı Juy Çao Rusiya ordusu ilə 2023-cü ilin sentyabr ayının sonunda müqavilə imzalayıb, dekabrda isə Zaporojye vilayətində gedən döyüşlərdə ölüb”.

Xatırladaq ki, Prezident Volodimir Zelenski aprelin 8-də Donetsk vilayətində iki Çin vətəndaşının əsir götürüldüyünü açıqlayıb. Dövlət başçısı Çini Rusiyaya açıq hərbi yardımda ittiham etsə də, rəsmi Pekin bunu rədd edib.