BAKI, 9 aprel. TELEQRAF

Aprelin 11-13-də dördüncü Antalya Diplomatiya Forumunun keçiriləcəyi Türkiyənin Antalya şəhərində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, tədbirin qonaqlarının bütün marşrutu boyunca - Antalya hava limanından forumun keçiriləcəyi Konqres Mərkəzinə qədər və iştirakçıların qalacaqları otellərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Antalyada keçiriləcək forum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış dünyada diplomatiyanın bərpası” devizi altında baş tutacaq. Tədbirdə 148 ölkədən, o cümlədən 18-i dövlət başçısı səviyyəsində təxminən 4,8 min nümayəndənin iştirakı gözlənilir. Foruma Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.