
BAKI, 23 mart. TELEQRAF
Böyük Britaniya sığınacaq axtaran miqrantları Balkan ölkələrinə deportasiya etməyi düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "Times" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Britaniya hakimiyyət orqanları miqrantlarla bağlı qaydalar hazırlayır.
Britaniya hökumət nümayəndələri məsələni müzakirə etmək üçün Albaniya, Serbiya, Bosniya və Şimali Makedoniya da daxil olmaqla Balkan ölkələri ilə əlaqə saxlamağı planlaşdırırlar. Proqram həyata keçirilərsə, Britaniya hər bir qaçqına görə ev sahibi ölkəyə pul ödəyəcək.