
BAKI, 21 mart. TELEQRAF
Hazırda Azov və Qara dənizlərdə Rusiyanın hərbi gəmisi yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda Aralıq dənizində 4 Rusiya gəmisi var, onlardan 3-ü qanadlı raket daşıyıcısıdır.
Rusiyanın Qara və Azov dənizindəki hərbi gəmilərinin Ukraynanın hava zərbələrindən qorumaq üçün geri çəkdiyi bildirilir.