
BAKI, 12 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə yerini göstərdi.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levitt bildirib.
“Prezident (Tramp) sövdələşmələr və dialoq ustasıdır. O, Prezident Zelenskiyə öz yerini və ona amerikalıların sülh sazişinə ciddi yanaşdıqlarını göstərdi”, - Amerika rəsmisi deyib.
Xatırladaq ki, ötən gün Ciddədə (Səudiyyə Ərəbistanı) ABŞ-Ukrayna danışıqları keçirilib. Müzakirələrin yekunu olaraq, Kiyev cəbhə xəttində bir aylıq atəşkəsin elan edilməsi ilə bağlı Vaşinqtonun şərtini qəbul edib.