.jpg)
BAKI, 8 mart. TELEQRAF
"Böyük Britaniya uzun müddətdir Ukrayna ərazisində iki bazasının olmasını arzulayırdı. Bu, Rusiya üçün qəbuledilməzdir".
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin “Rossiya-24” telekanalının efirində deyib .
“Hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya hərbi kontingentin göndərilməsi üçün parametrlərin hazırlanmasına başlanılıb. Heç nə aydın deyil. Heç bir mandat, heç bir cəlbetmə qaydaları, infrastrukturun necə həyata keçiriləcəyi yoxdur" - səfir bildirib.
Kelin əlavə edib ki, London çoxdan Ukraynada iki dəniz bazası yaratmaq arzusunda olub. Biri Azov dənizində, digəri isə Qara dənizdədir. Rusiya üçün bu, tamamilə qəbuledilməzdir.
"Bu, NATO infrastrukturunun Ukrayna ərazisində yerləşdirilməsi demək olardı”, – səfir qeyd edib.