
BAKI, 8 mart. TELEQRAF
"Böyük Britaniya Avropanın müdafiəsini gücləndirmək üçün fondun yaradılması ideyasını dəstəkləyir. London belə bir sistemə qoşulmağa hazırdır".
Teleqraf xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lammi "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Avropanın müdafiəsini təmin etmək üçün yeni çoxtərəfli fond lazım olacaq. Eyni zamanda, Britaniya hərbi xərclərin birgə maliyyələşdirilməsinə qoşulmağa hazırdır.
“Bizə bu sahədə daha çoxtərəfli mexanizmlər lazımdır. Biz bu təşəbbüslərə açığıq, çünki biz Avropanın müdafiəsindən danışırıq”, - Lammi bildirib.