
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyi və avropalı müttəfiqlər qarşısında öhdəliklərini azaltmaq istəyi Avropanın dağıdılması və parçalanmasına gətirib çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti analitiklərin fikirlərinə istinadla yazıb.
Ekspertlərin fikrincə, Amerikanın yeni administrasiyası Avropa İttifaqını təkcə rəqib kimi deyil, həm də iqtisadi və ideoloji təhlükə kimi görür. Bunu Trampın Aİ-nin ABŞ-dən faydalanmaq üçün yaradıldığı barədə sözləri, eləcə də vitse-prezident Ceyms Devid Vensin Münxen Təhlükəsizlik Konfransında Avropa ölkələrində hüquq və azadlıqların pozulması barədə tənqidi çıxışı təsdiqləyir.
İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Natali Tokçi qəzetə deyib:
“Trampın Ukraynadan başlayaraq Avropanı məhv etməyə çalışdığına şübhə yoxdur”.