BAKI, 27 fevral. TELEQRAF

Tezliklə Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması realdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib.

“Atəşkəs və sülh tamam başqa şeylərdir. Mən şəxsi fikrimi bildirə bilərəm ki, tezliklə atəşkəs əldə etmək realdır, amma sülhə çatmaq çətindir”, - qurum rəhbəri qeyd edib.