BAKI, 26 fevral. TELEQRAF

Böyük Britaniya və Fransa münaqişənin nizamlanmasının bir hissəsi kimi Ukraynanın əsas infrastruktur obyektləri, o cümlədən limanlar və atom elektrik stansiyaları yaxınlığında qoşun yerləşdirmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri Avropa rəsmisinə istinadla məlumat yayıb.

“London və Parisin planlarına görə, hərbi kontingent ölkənin şərqində - cəbhə xəttində yox, cəbhə xəttindən geridə olan Ukrayna şəhərlərində yerləşdirilməlidir”, - rəsmi deyib.​​

ABŞ Prezidenti Donald Tramp fevralın 24-də belə bir fikir bildirmişdi ki, Rusiya rəhbərliyi münaqişənin həlli ilə bağlı razılıq əldə olunarsa, Avropa sülhməramlılarının Ukraynada mümkün yerləşdirilməsinə razılıq verməyə hazırdır. Onun sözlərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin ona son telefon danışığında bildirib.