
BAKI, 26 fevral. TELEQRAF
Polşa mülki hava limanları da daxil olmaqla, bütün hava limanlarını hərbi istifadə üçün uyğunlaşdırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
“Hər bir hava limanı ordu ilə əməkdaşlıq və işləmək imkanlarına uyğunlaşdırılmalıdır”, - o vurğulayıb.
Kosinyak-Kamış qeyd edib ki, Polşanın bəzi hava limanları artıq mülki-hərbi hava limanlarıdır, məsələn, Krakov və Balicedəkilər. Paytaxt Varşavadakı Şopen hava limanının bir hissəsi də hərbi məqsədlər üçün istifadə olunur.
Proses çərçivəsində Rzeszov hava limanında genişləndirmə işləri aparılır, Krakovda hazırlıq prosesləri davam edir, Katovitse və Vrotslavda yük qovşağı, həmçinin dəmir yolu və yanacaqdoldurma məntəqələri tikilir. Şetsin hava limanında da ikili məqsədlər üçün iş gedir.