BAKI, 21 fevral. TELEQRAF

Rusiyanın Ukraynada sülh yaratmaq arzusu yoxdur.

Teleqraf xəbər verir ki, bu qənaətə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi rusiyalı həmkarı Sergey Lavrovun G20-nin sammitindəki çıxışını dinlədikdən sonra gəlib.

“Biz danışıqlar variantı ilə həll yoluna yaxın deyilik. Ruslar və Lavrovun dediklərinə qulaq asanda onlarda sülh istəkləri görünmür. Kritik məqamdır, Avropanın müdafiə xərclərini artırması lazımdır”, - nazir bildirib.