BAKI, 10 sentyabr. TELEQRAF
Çin Sədri Si Cinpin bu həftə BRICS sammitində iştirak etmək üçün Hindistana səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Çin Sədri Si Cinpin 12-13 sentyabr tarixlərində Hindistanın Dehli şəhərində keçiriləcək BRICS liderlərinin 18-ci görüşündə iştirak edəcək”, - açıqlamada bildirilib.