BAKI, 7 sentyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin sədri Lyu Haysin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan və Çin arasında çoxtərəfli əməkdaşlığın və praktiki tərəfdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Son illərdə Özbəkistan-Çin münasibətlərinin bütün şəraitlərdə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.
Parlamentlərarası və partiyalararası əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Ali və peşə təhsili sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, o cümlədən Özbəkistanda Çinin aparıcı ali təhsil müəssisələrinin filiallarının açılmasının vacibliyi vurğulanıb.
Görüşün sonunda tərəflər parlamentlərarası və partiyalararası əməkdaşlığın genişləndirilməsi üzrə birgə yol xəritəsi qəbul etmək barədə razılığa gəliblər.