BAKI, 5 sentyabr. TELEQRAF
Murat Baymukaşev Qazaxıstan Təhlükəsizlik Şurası aparatının rəhbəri təyin edilib.
Teleqraf xəbər verir ki, təyinat üzrə müvafiq sərəncam Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.
“Dövlət başçısının sərəncamı ilə Murat Baymukaşev Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası aparatının rəhbəri təyin edilib”, - məlumatda bildirilib.