BAKI, 5 sentyabr. TELEQRAF

“Tehran və Aşqabad Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsləhətləşmələr aparır”.

Teleqraf xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani bildirib.

Diplomat deyib ki, hövzədə suyun səviyyəsinin azalması, neft çirklənməsi, məişət və sənaye tullantıları, eləcə də nərə balıqlarının ehtiyatlarının kəskin azalması Xəzər dənizinin ekoloji vəziyyətini kövrək vəziyyətə salıb:

“Qəbul etmək lazımdır ki, Xəzərin ekologiyasını xilas etmək üçün yerdə həyata keçirilən konkret tədbirlər hələ də dəyən zərərin miqyasından geri qalır”.