BAKI, 3 sentyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov keçmiş baş prokuror Maksat Asanaliyevi Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Dünən Qırğızıstan Joqorku Keneşi Maksat Asanaliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsini dəstəkləyib.