BAKI, 27 avqust. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi partiyasının Qurultaya seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

Türkmənistan lideri qeyd edib ki, Qazaxıstanda həyata keçirilən dövlət siyasəti transformasiyaya töhfə verir və ölkənin uzunmüddətli çiçəklənməsi üçün zəmin yaradır.

Sərdar Berdiməhəmmədov vurğulayıb ki, geniş ictimai dəstək qazanan Qurultaya ilk seçkilər hakimiyyət və idarəetmə sistemində islahatların aparılmasında mühüm addım olub.

Türkmənistan Prezidenti iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.