BAKI, 22 avqust. TELEQRAF
Tayvanın şimal-şərq sahilləri yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, indiyədək dağıntılar və zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.
Məlumata əsasən, zəlzələnin episentri dənizdə, Yilan şəhərindən təxminən 41,7 km cənub-şərqdə, 27,8 km dərinlikdə yerləşib.
Ən güclü yeraltı təkanlar Yilan və Hualyen bölgələrində qeydə alınıb. Zəlzələ həmçinin Taybey, Yeni Taybey, Taoyuan, Tayçjun və digər şəhərlərdə də hiss olunub.