BAKI, 21 avqust. TELEQRAF
Rusiyanın Saratov vilayətinə Dövlət Duması deputatlığına namizədliyini irəli sürmüş bloqer Nikolay Bondarenko saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Bondarenkonun sözlərinə görə, ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin “nasist atributlarının və ya simvollarının, yaxud “ekstremist təşkilatların atribut və simvollarının təbliği və ya açıq nümayiş etdirilməsi” maddəsi ilə ittiham irəli sürülüb. O, məcburi şəkildə məhkəməyə aparılıb.
Bondarenko bunu qarşıdan gələn Dövlət Duması seçkiləri ilə əlaqəli siyasi təzyiq kimi qiymətləndirib. Hüquq-mühafizə orqanları isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd olunur ki, bu maddə üzrə cəzalandırılma şəxsin seçkilərdə iştirak imkanını itirməsinə səbəb ola bilər.