BAKI, 15 oktyabr. TELEQRAF

Gürcüstanın Mtsxeta şəhərində təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.

Teleqraf xəbər verir ki, “Mtsxeta Şəhəri Günü” münasibətilə keçirilən yarışda Azərbaycan Su İdmanı Federasiyasının idmançıları 4 medala sahib olublar.

Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik kanoe qayığında 200 metr məsafədə üçüncü yer tutublar.

Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı həmkarı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb. Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də fəxri kürsünün ikinci pilləsinə qalxıb.