BAKI, 15 oktyabr. TELEQRAF

2026-cı ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isəSuriyanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.