BAKI, 12 avqust. TELEQRAF

Rusiyanın Orenburq vilayətində yerləşən “Orskneftorqsintez” neft emalı zavodu Ukraynanın dron hücumundan sonra fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Zavod avqustun 11-də baş verən yanğından sonra neft emalını dayandırıb. Hücum nəticəsində bəzi neft emalı qurğularının zədələndiyi bildirilir.

Müəssisə Ukrayna sərhədindən təxminən 1900 km şərqdə yerləşir. Ukrayna ordusunun Baş Qərargahı hücumu təsdiqləyib.

Zavodun illik emal gücü 5,76 milyon ton, yəni gündə təxminən 115 200 barel təşkil edir. 2024-cü ildə zavod 4,2 milyon ton xam neft emal edib.