BAKI, 11 avqust. TELEQRAF
Rusiyanın Ukrayna sərhədindən 1000 kilometrdən çox məsafədə yerləşən Orenburq vilayətinin Orsk şəhərində dron hücumundan sonra yanğın başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya şəhərinin sakinləri ən azı beş partlayış səsi eşitdiklərini bildiriblər. Bundan sonra Orskda tüstü sütunu görünüb, həmçinin siren səsi eşidilib.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bundan əvvəl “Xalça” planının tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, təhlükəsizlik məqsədilə Orenburq və Orsk hava limanları təyyarələri qəbul etmir və reysləri təxirə salıb.