BAKI, 11 avqust. TELEQRAF

Ukrayna ordusu Rusiyanın Voronej vilayətinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, regionun qubernatoru Aleksandr Qusev hücum nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib.

Novousmanski rayonunda PUA-ların düşməsi nəticəsində “Wildberries” şirkətinə məxsus iki anbarda yanğın baş verib. Obyektlərdən birində yanğın 16 min kvadratmetr sahədə lokallaşdırılıb, digərində isə 20 min kvadratmetr sahədə yanğının söndürülməsi davam edir. Qusevin sözlərinə görə, hadisə yerində operativ xidmətlər işləyir.