BAKI, 4 avqust. TELEQRAF

Avqustun 6-7-də Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin hökumət başçıları Qırğızıstanın Çolpon-Ata şəhərində bir araya gələcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, iki gün davam edəcək toplantıda baş nazirlərin 15-dən çox mühüm məsələni müzakirə edəcəyi gözlənilir.