BAKI, 3 avqust. TELEQRAF

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək Qurultay (parlament) seçkilərini izləmək üçün daha 155 beynəlxalq müşahidəçini qeydiyyata alıb.

Teleqraf Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, müşahidəçilərin 50-dən çoxu Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndələridir.

Akkreditasiyadan keçənlərin 22-si MDB missiyasını, 23-ü MDB Parlamentlərarası Assambleyasını, 6-sı isə KTMT Parlament Assambleyasını təmsil edir.

Bununla yanaşı, Azərbaycan, Ermənistan, İordaniya, Qırğızıstan, Moldova, Myanma, Rusiya, Rumıniya və Ukraynadan olan nümayəndələr də seçkiləri müşahidə edəcəklər.

Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri avqustun 23-də keçiriləcək.