BAKI, 1 avqust. TELEQRAF
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) fəaliyyətinin tam dayandırılmasını planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda neftin qəbulu və çənlərə yığılması normal qaydada davam edir. Boru kəməri ilə daha çox neftin ötürülməsi isə gəmilərin limana nə dərəcədə vaxtında gəlməsindən asılı olacaq.
Qeyd edək ki, KTK vasitəsilə Qazaxıstan neftini daşıyan tankerlər bir neçə dəfə PUA hücumuna məruz qalıb.