BAKI, 31 iyul. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak etmək üçün 31 iyul - 1 avqust tarixlərində Çolpon-Ata şəhərinə səfər edəcək .
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.
Dövlət başçılarının regional əməkdaşlıq məsələlərini və Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qarşılıqlı əlaqələri müzakirə edəcəkləri gözlənilir.