BAKI, 30 iyul. TELEQRAF
Qırğızıstan və Özbəkistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Çolpon-Ata şəhərində keçirilən görüşdə bildirilib.
Sadır Japarov deyib ki, tərəflər imzalanan sənədlər sərhəd bölgələrinin sakinləri, ticarət, nəqliyyat logistikası və humanitar əlaqələr üçün yeni imkanlar açacaq.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq barədə razılığa gəliblər. Özbəkistan rəhbəri qeyd edib ki, 2 milyard dollarlıq hədəf son hədd deyil.
İki ölkə liderləri danışıqların nəticələrinin Qırğızıstan-Özbəkistan əməkdaşlığını, mehriban qonşuluğu və müttəfiqlik münasibətlərini gücləndirəcəyinə əminliklərini bildiriblər.