BAKI, 28 iyul. TELEQRAF

Aşqabadda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Türkmənistan-İran Komissiyasının iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini, beynəlxalq təşkilatlar, ilk növbədə BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İki ölkə arasında normal qonşuluq münasibətlərinin və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Danışıqlar zamanı ticari-iqtisadi əməkdaşlıq və Türkmənistan-İran Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının səmərəliliyinin daha da artırılması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.