BAKI, 24 iyul. TELEQRAF
“Rusiya istənilən şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada Ukrayna ilə bağlı keçirilməsi planlaşdırılan görüşə ABŞ-nin yanaşmasinın dəyişməsini şərh edərkən deyib.
Danışıqlar prosesi və ABŞ-nin mövqeyinə toxunan nazir məşhur rus məsəlini xatırladıb:
“Bizim vicdanımız təmizdir. Necə deyərlər, kişi dedi, kişi etdi. Biz artıq hazır olduğumuzu demişik. Amma digər tərəfdə yanaşma dəyişib. Bunu Marko Rubionun açıqlamasından da görmək olar”.
Sergey Lavrov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda müəyyən etdiyi vəzifələr mütləq yerinə yetiriləcək.