BAKI, 23 iyul. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Belarus xarici işlər naziri Maksim Rıjenkovu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini və bütün əsas istiqamətlər üzrə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini müzakirə ediblər.
Həmsöhbətlər həmçinin ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunublar.