BAKI, 4 iyul. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan Qana hökuməti ilə diplomatik və xidməti pasport sahibləri üçün vizadan azadolma haqqında sazişi təsdiqləyən qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, saziş 2026-cı il martın 26-da Bişkekdə imzalanıb.
Saziş iki ölkənin diplomatik və xidməti pasport sahibləri üçün qarşılıqlı vizasız səfərləri nəzərdə tutur.
Qanuna əsasən, Qırğızıstan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların Bişkek tərəfindən yerinə yetirilməsi barədə Qana tərəfini məlumatlandırmalıdır.
Qanun rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minəcək.