BAKI, 30 iyun. TELEQRAF

MDB məkanında əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Özbəkistanla birgə fəaliyyət koordinasiya ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedevlə Özbəkistan məşğulluq və yoxsulluğun azaldılması Marat Jurayev arasında keçirilən görüşdə razılıq əldə olunub.

Tərəflər işsizliklə mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində ortaq yanaşmaların işlənib hazırlanmasının vacibliyini vurğulayıblar.