BAKI, 25 iyun. TELEQRAF
Türkmənistanın ABŞ-dəki səfiri Esen Aydoğdıyev Vaşinqtonda amerikalı senator Stiv Deyns ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Tərəflər siyasi, ticari-iqtisadi və enerji sektorlarında əməkdaşlıq da daxil olmaqla, Türkmənistan-ABŞ münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Həmçinin gələcək əlaqələr barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında müntəzəm dialoqun davam etdirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.