BAKI, 20 iyun. TELEQRAF
Qazaxıstan baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarinin rəhbərlik etdiyi nümayəndə heyəti humanitar və işgüzar missiya ilə Kabilə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan Əfqanıstan xalqına ümumi dəyəri 318,8 ton olan növbəti humanitar yardım partiyası və əhaliyə tibbi yardım göstərmək üçün həkimlərindən ibarət qrup göndərib.
Nümayəndə heyətinə Qazaxıstanın aparıcı tibb təşkilatlarından doqquz mütəxəssis daxildir. Əfqanıstanda Qazaxıstan Tibbi Günləri çərçivəsində onlar bir həftə ərzində konsultasiyalar verəcək, əhaliyə praktiki tibbi yardım göstərəcək və əfqan həmkarları üçün ustad dərsləri keçəcəklər.
BMT-nin məlumatına görə, bu gün 45 milyon əfqandan təxminən 30 milyonunun humanitar yardıma ehtiyacı var. 5 yaşdan kiçik təxminən 1,3 milyon uşaq qidalanma çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyur.