BAKI, 18 iyun. TELEQRAF
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Daşkəndə rəsmi səfəri çərçivəsində Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə Almaniyanın birinci xanımı Elke Büdenbender arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Görüşdə inklüziv təhsilin inkişafı, gənclər üçün bərabər imkanların yaradılması və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.